Fransa riyakar planı işə salır: Paris erməniləri silahlandırmağa başlayacaqbackend

Fransa riyakar planı işə salır: Paris erməniləri silahlandırmağa başlayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Ermənistandakı səfirliyinə yeni hərbi attaşe təyin etmək qərarına gəlib.

Caliber.az-ın əldə etdiyi etibarlı məlumatlara görə, bir müddət əvvəl Fransanın “Intelligence Online” nəşrinin yaydığı məlumat öz təsdiqini tapıb.

Bildirilib ki, bu addım ilk dəfə 2022-ci ilin sentyabrında Ermənistan Respublikasının müdafiə naziri Suren Papikyanın Fransaya səfəri zamanı yüksək səviyyədə müzakirə edilib və hazırda faktiki olaraq rəsmiləşdirilir.

Yeni hərbi attaşe Fransanın ölümcül silahlarının Ermənistana tədarükünə nəzarət edəcək.

Qeyd olunur ki, Parisin Ermənistana öldürücü silahların tədarükü ilə bağlı hərbi-siyasi qərarına əsas dəstəyi şəxsən Fransa Prezidenti Emmanuel Makron verib.

Beləliklə, Aİ-nin aparıcı ölkələrindən biri regiona öldürücü silahların verilməsindən imtina etmək kimi ənənəvi ümumavropa siyasətini kobud şəkildə pozur, bununla da regiondakı hərbi balansa Ermənistanın xeyrinə təsir göstərməyə çalışır.

Nəşr yaxın vaxtlarda Fransanın Ermənistana hansı növ silahlar verməyi planlaşdırdığını açıqlayacağını qeyd edib.