Fransa ordusu Rusiya ilə mümkün hərbi münaqişəyə hazırlaşır və may ayında Rumıniyada NATO-nun “Daçyan baharı 2025” adlı irimiqyaslı təlimlərində iştirak edəcək.
Editor.az bildirir ki, bu barədə Politico” yazıb. Təlimlər Moskva ilə münaqişə yaranacağı təqdirdə qüvvələrin alyansın şərq cinahına keçməyə hazırlığını qiymətləndirməyə kömək edəcək. Nəşr qeyd edir ki, 2025-ci il Fransa hərbçiləri üçün “həlledici sınaq” olacaq, çünki onlar Şimali Atlantika Alyansına mümkün hücumda Rusiyaya qarşı durmağa qadir olan güclü qüvvəyə çevrilməyə çalışırlar.
“Biz müharibə oynayırdıq. İndi təyin olunmuş düşmən var və biz faktiki olaraq döyüşə gedəcəyimiz insanlarla təlim keçirik”, – deyə Avropadakı quru qoşunlarının komandanı general Bertrand Tujuz bildirib.
“Politico”ya görə, Fransanın quru qoşunları son illərdə Ukraynada baş verənlər kimi yüksək intensivlikli münaqişələrə hazırlaşmaq üçün böyük dəyişikliklərə başlayıb.
//Samir Qurbanov, Editor.az

