Fransa: “Rusiya neftinə embarqo qoymalıyıq”backend

Fransa: “Rusiya neftinə embarqo qoymalıyıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın iqtisadiyyat naziri Bruno Le Maire Rusiya neftinə embarqo tətbiq etmək istədiklərini açıqlayıb.

Editor.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, Bruno Le Maire “Europe 1” radiosuna Rusiyanın pul mənbəyinin illərdir qaz yox, neft olduğunu bildirib.

“Biz prezident Emmanuel Makronla birlikdə həmişə demişik ki, kömürə və Rusiya neftinə embarqo qoyulmalıdır. Kömürə embarqo qoyulub. Ukraynada baş verənləri nəzərə alaraq Rusiyadan neft idxalını dayandırmaq lazımdır. Avropalı tərəfdaşlarımızı Rusiya neftinə embarqo qoymağın zəruriliyinə inandırmağa çalışırıq. Ancaq bəziləri bundan ehtiyat edir.”- deyə Le Maire bildirib.

//Editor.az