Fransa Rusiyadan qorxurbackend

Fransa Rusiyadan qorxur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın müdafiə naziri Sebastien Lecornu Rusiyanın Fransa silahlı qüvvələrinə qarşı aqressiv davranışını açıqlayıb.

Xüsusilə o, Fransa təyyarələrinə qarşı hava hücumundan müdafiə sistemindən istifadə təhlükəsindən danışıb. Rusiya belə bir hadisə barədə məlumat verməyib.

“Bir ay əvvəl Rusiyanın hava hücumundan müdafiə sistemi Qara dənizdə fransız təyyarələrini beynəlxalq zonada patrul xidmətində olarkən vurmaqla hədələmişdi. Bütün bunlar soyuq müharibə qədər köhnədir, biz Rusiyanın xüsusilə aqressiv mövqeyinə qayıdırıq. O, aqressivliyin hədləri ilə oynayır”, – deyə fransız nazir RTL radiostansiyasının efirində bildirib.

Lecornu əlavə edib ki, bir neçə ay əvvəl Rusiya hərbi gəmisi Sena körfəzində ərazi sularının kənarında lövbər salıb. O, bunun “sanki Fransanı qorxutmaq məqsədi ilə” edildiyini təklif edib. Nazir müsahibəsində Fransanın Kiyevə yardımını davam etdirəcəyini bildirib. Onun sözlərinə görə, Avropanın təhlükəsizliyi Ukraynanın münaqişədə qalib gəlməsini tələb edir.

//Samir Qurbanov, Editor.az