Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, ABŞ-ın Fransanın Müttəfiqlərin Normandiyaya enişinin 80-ci ildönümünü qeyd etmək üçün Rusiyaya dəvətdən imtina etmək qərarı ilə heç bir əlaqəsi yoxdur: “Bildiyim qədər, bu, Fransa hökumətinin verdiyi qərardır.
Və qoy bu haqqda onlar danışsın. Biz bu qərara hörmət edirik”, – Con Kirbi brifinqdə deyib. ABŞ-ın Fransa tərəfinin qərarına münasibəti ilə bağlı sualı cavablandıran Kirbi deyib: “Bir daha deyirəm: bu qərarı Fransa hökuməti verməli idi. Biz buna hörmət edirik”.
Qeyd edək ki, iyunun 6-dan 8-dək Normandiya və Brittanidə 1944-cü ilin iyununda Müttəfiqlərin Normandiyaya enişinin şərəfinə təntənəli və anım mərasimləri keçiriləcək. Ən böyük mərasim iyunun 6-da Omaha çimərliyində keçiriləcək. Burada 25 dövlət və hökumət başçısı iştirak edəcək.
//Samir Qurbanov, Editor.az

