“Fransa Rusiyanı uzaqlaşdıraraq Ermənistan-Azərbaycan münaqişəsinin moderatoru olmağa çalışır”-Ekspertdən AÇIQLAMAbackend

“Fransa Rusiyanı uzaqlaşdıraraq Ermənistan-Azərbaycan münaqişəsinin moderatoru olmağa çalışır”-Ekspertdən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makron “France 2” telekanalın da çıxışı zamanı Rusiyanı Qafqaz regionunda və onun hüdudlarından kənarda sabitliyi pozmaq üçün Azərbaycan və Ermənistan arasında son toqquşmaları qəsdən təhrik etməkdə ittiham edib.

Məsələyə münasibət bildirən siyasi şərhçi Turab Rzayev Editor.az-a açıqlamasında qeyd edib ki, Makronun ittihamlarında həqiqət yükü var:

“Biz dəfələrlə şahid olmuşuq ki, Rusiya regionda sülh missiyasının qarşısını alır, münaqişəni qızışdırıb daimi təxribatların baş tutmasına imkan verir.  Eyni zamanda, Azərbaycan-Ermənistan sərhədində və Azərbaycan daxilində sülhməramlıların nəzarətində olan Kəlbəcər, Laçın və digər sərhəd rayonlarında  vaxtaşırı təxribatlar həyata keçirən də Rusiyadır. Makron bu ifadələri işlətdikdən sonra regionda sülhə çağırış edib, vasitəçilik missiyasını ortaya qoysaydı bu müsbət addım olardı. Makron isə əksinə tamamilə Fransanın son dövrdə tutduğu mövqeyini yenidən əvvəlki formata qaytarıb. Açıq şəkildə Ermənistanı dəstəkləyib, Azərbaycanı Ermənistana qarşı hücumda təqsirləndirir. Fransanın Ermənistanla xüsusi əlaqələrinin olduğunu və onu müdafiə edəcəyini, Azərbaycana qarşı qoruyacağını bildirib”.

T.Rzayev qeyd edir ki, 6 oktyabr Praqa görüşündə sülh yaratmaq missiyasını üzərinə götürmək istəyən bir ölkənin cəmi bir neçə gün sonra tərəflərdən birini açıq şəkildə dəstəkləməsi sülhə xidmət etməyəcək:

“Fransa bu səhvi daha əvvəl də etmişdi. 44 günlük Vətən müharibə zamanı da açıq şəkildə Ermənistanı dəstəkləyirdi. Müharibədən sonra Avropa İttifaqı ardınca isə Fransa öz mövqelərinə düzəliş edərək hər iki ölkə ilə əməkdaşlıq etməyə və tərəflər arasında sülh müqaviləsi imzalamağa, sərhədləri delimitasiya və demarkasiya etməyə, iki tərəfə 5 milyard Avroya yaxın maliyyə vəsaiti ayırmağı təklif etmişdilər. Praqa görüşündə Fransa Rusiyanı əvəz etməyə çalışırdı. Fransa Avropa Birliyinin əli ilə regionda söz sahibi olmağa, Rusiyanı uzaqlaşdıraraq münaqişənin moderatoru olmağa çalışır. Amma belə bir məqamda Praqada Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması, il sonuna yaxın yekun sülh müqaviləsinin imzalanması ilə bağlı müsbət çıxışlar var idi. İndi isə bütün bunları pozub açıq şəkildə Azərbaycanı ittiham etməsi sülhə xidmət etmir. Fransa hökumətinin siyasəti Rusiyanın çəkildiyi yerlərdə öz imperializmini bərpa etməyə hesablandığını göstərir”.

//Safura Bənnayeva, Editor.az