Fransa səfiri Gəncəyə səfər edibbackend

Fransa səfiri Gəncəyə səfər edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın Azərbaycandakı səfiri Ann Buayon Gəncəyə səfər edib.

APA-nın yerli bürosunun məlumatına görə, səfir Gəncədə Ermənistan silahlı qüvvələrinin 2020-ci ildə Vətən müharibəsi dövründə raket hücumları nəticəsində həlak olan mülki əhalinin xatirəsinə qoyulmuş memorial kompleksi ziyarət edib.

Diplomat terror zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül düzüb.

Səfirə məlumat verilib ki, həmin dövrdə Ermənistan ərazisindən atılan raket “Qələbə parkı”nın ətrafında yerləşən yaşayış binasının üzərinə düşüb, çoxlu sayda ev dağılıb, 5-i qadın olmaqla 11 nəfər həlak olub, 6-sı uşaq, 16-sı qadın olmaqla 40 nəfər isə yaralanıb. 2020-ci ilin oktyabr ayının 4-dən başlayaraq 17-ə qədər 5 dəfə terror aktları törədilib. Ümumilikdə erməni terroru nəticəsində Gəncədə 26 nəfər həlak olub, 170-dən çox insan yaralanıb, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.