Fransanın Şri-Lankadakı səfiri Jan-Fransua Pakte ölü tapılıb.
Editor.az bildirir ki, bu barədə Fransa səfirliyinin saytında bildirilir. “Daily Mirror” portalının məlumatına görə, səfir ürək tutmasından dünyasını dəyişib və iqamətgahda tapılıb.
Yerli polis səfirin ölümünü araşdırır. Yarılma planlaşdırılır. Diplomatın 53 yaşı var idi. Şri-Lanka Xarici İşlər Nazirliyi diplomatın vəfatı ilə bağlı başsağlığı verib.
//Samir Qurbanov, Editor.az

