Fransa Senatının qətnaməsi Ermənistanı təhlükəyə atır- Erməni siyasətçibackend

Fransa Senatının qətnaməsi Ermənistanı təhlükəyə atır- Erməni siyasətçi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Senatının Qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin tanınması ilə bağlı qətnaməsi bizi naməlum nəticələrə aparır.

Editor.az erməni Kiv-nə əsasən xəbər verir ki, bu sözləri ”Milli Gündəlik” partiyasının keçmiş lideri Avedik Çalabyan öz ”Facebook ” səhifəsində yazıb.

O,bildirir ki, həmin qətnamə qondarma rejimin müstəqilliyinin tanınması deyil, sadəcə Fransa hökumətinə edilən təklifdir.

Həmçinin o, qeyd edib ki, hətta Fransa qondarma rejimin müstəqilliyini tanısa belə, bu Ermənistan üçün heçnəyi dəyişməyəcək. Çünki Qarabağda hərbi və siyasi balans Azerbaycanın xeyrinədir.

Avedik Çalabyanın facebookda yazdığı fikirlərin kontekstinə əsasən bildirək ki, siyasətçi sözü gedən qətnamənin Ermənistan hökuməti üçün təhlükəli vəziyyətin yaranmasından qorxur.