Fransa: Taliban Kabul hava limanı ilə bağlı Türkiyə və Qətərlə danışıqlar aparırbackend

Fransa: Taliban Kabul hava limanı ilə bağlı Türkiyə və Qətərlə danışıqlar aparır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa xarici işlər naziri Jean Yves Le Drian Talibanın Türkiyə və Qətərlə Kabul hava limanının işlədilməsi ilə bağlı danışıqlar apardığını söyləyib.

Editor.az xəbər verir ki, Fransanın iki televiziya kanalına danışan Le Drian bildirib ki, Təhlükəsizlik Şurasının hava limanına nəzarət ilə bağlı qərarı icra edilməlidir:

“Hava limanının idarə olunması ilə bağlı qətərlilər və türklərlə müzakirələr davam edir. Bu hava limanına girişin təhlükəsiz olmasını tələb etməliyik”.

Eyni zamanda xarici işlər naziri Fransanın Talibana təzyiq göstərməyə davam etməli olduğunu və onlarla danışıqlar aparmamalı olduğunu söyləyib.

Qeyd edək ki, ABŞ 20 illik müharibədən sonra dünən Əfqanıstanda təxliyə işlərinə son verib.

//Gülnarə Abasova, Editor.az