Fransa tanklarının ilk partiyası Ukraynaya gəlibbackend

Fransa tanklarının ilk partiyası Ukraynaya gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın müdafiə naziri Sebastien Lecornyu Ukraynaya ilk “AMX-10 RC” zirehli maşınlarının gəldiyini açıqlayıb. O, texnikanın sayını açıqlamasa da, onların bəzilərinin artıq “cəbhə xəttinə getdiyini” əlavə edib.

Editor.az “Le Figaro”ya istinadən bildirir ki, Lekornyu Fransa prezidenti Emmanuel Makronla zirehli texnikanın ikinci partiyasının da göndərilmə imkanını müzakirə etməyi planlaşdırır. Qeyd edək ki, Fransa fevralın 19-da AMX-10 RC-ni Ukraynaya göndərmək qərarını elan edib. Sonra ayın sonuna kimi ilk tankların Ukraynaya çatacağı deyilirdi. Sebastyan Lekornyu göndərişin müddətini Ukrayna hərbçilərinə zirehli maşınlardan istifadəni öyrətməklə izah edib. Fransa həm də Ukraynaya Qərb istehsalı olan tanklar verməyə hazır olduğunu elan edən ilk ölkədir.

Fransa Müdafiə Nazirliyinin məlumatına görə, “AMX-10 RC” mobildir, güclü silahlanır və yüngül piyadaların atəşindən müdafiəni təmin edir. Onların döyüş çəkisi 20 tondur. “AMX-10 RC” silahlı kəşfiyyat və düşmən tanklarına hücum üçün istifadə olunur.

  //Samir Qurbanov,Editor.az