Fransa Rusiyanın müharibə cinayətləri ilə bağlı faktları araşdırmaq üçün Ukraynaya məhkəmə-tibb ekspertlərinin də daxil olduğu nümayəndə heyəti göndərib.
Editor.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, Fransanın Daxili İşlər və Ədliyyə Nazirliyindən bu barədə məlumat verilib.
Məlumata görə, nümayəndə heyətinin göndərilməsinə səbəb Rusiyanın müharibə cinayətlərinin cəzasız qalmamasını təmin etməkdir. Göndərilən nümayəndə heyətinə Fransa Milli Jandarma Cinayət Araşdırma İnstitutunun (IRCGN) iki həkimi və 15 jandarmdan ibarət eskpert daxildir.
Fransanın Kiyevdəki səfiri Etienne de Poncins qeyd edib ki, nümayəndə heyətinin Ukrayna gəlməsində səbəb Rusiya ekspert qrupunun qərəzsiz araşdırma apara biləcəyinə inamımızın olmamasıdır. Əldə olunacaq dəlillər rəsmi Kiyevlə razılaşdırılaraq Beynəlxalq Məhkəməyə təqdim olunacaq.
Ukraynanın baş prokuroru İrina Venicetova “Sky News” telekanalına verdiyi açıqlamada təkcə Kiyev ətrafında 1222 mülki cəsədin tapıldığını qeyd edib. O , Ukraynanın hər yerində hərbi cinayətlər və insanlığa qarşı cinayətlərin törədildiyini bildirib.
Qeyd edək ki, martın 14-də Ukraynada Fransa vətəndaşı olan jurnalist Pierre Zakrzewski öldürülüb. Məhz bundan sonra PNAT Ukraynada müharibə cinayətləri ilə bağlı istintaqın başladığını bəyan edib.
//Editor.az

