Fransa Ukraynanın bəyənmədiyi silahları belə əldən çıxardır – Bir daşla iki quşbackend

Fransa Ukraynanın bəyənmədiyi silahları belə əldən çıxardır – Bir daşla iki quş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və Qərb Azərbaycanın qələbəsini həzm edə bilmədiyini aşkar şəkildə büruzə verir. Son günlərdə baş verən proseslər bunun bariz göstəricisidir. ABŞ-nin USAİD vasitəsi ilə Cənubi Qafqazla bağlı planlarını həyata keçirmək cəhdləri, Fransanın Ermənistanı silahlandırması, Ermənistan Müdafiə Nazirliyinin təxribat xarakterli məlumatları və bu tipli digər cəhdlər bölgədə sülhün və sabitliyin inkişafına mane olan əsas amillərdəndir.

ABŞ-nin və Qərbin Ermənistana həmrəylik nümayiş etdirməsinin əsas səbəblərindən biri eyni dinə mənsubluq olsa da, əslində sözügedən ölkələrin Cənubi Qafqazla bağlı məqsədləri var. Bu da sirr deyil ki, ABŞ və Qərb Cənubi Qafqazda və eləcə də bütünlükdə Rusiyanı zəiflətmək istəyir. Onlar əvvəlcə Ukraynanı bu yolda qurban seçsələr də, Rusiyanın zəifləmədiyini gördükdə indi maşa kimi Ermənistanı önə veriblər.

Rusiyanı zəiflətmək məqsədi ilə yanaşı iqtisadi savaşda da öz mənafelərini nəzərə alan bu qüvvələr Ermənistana “dəstək” edirmiş kimi görünürlər. Onlar bu üsulla həm ermənilərin rəğbətini qazanırlar, həm Azərbaycana təzyiq göstərməyə cəhd edirlər, həm də Cənubi Qafqazda mövqelərini möhkəmlətməyə çalışırlar.

Məlum olduğu kimi, Fransa yenə Ermənistana Arquus” şirkəti tərəfindən istehsal olunan 50 ədəd “Bastion” zirehli maşın göndərəcək. Hansı ki, bu texnika əvvəl Ukraynaya təklif olunmuşdu, onlar da bundan imtina etmişdi. Bundan əlavə, “Bastion” zirehli maşınları ilkin olaraq Afrikadakı keçmiş müstəmləkə ölkələrindəki Fransa qoşunları üçün hazırlanıb. Görünür Fransa bu texnikadan qurtulmağın yollarını axtarır.

Burada diqqət çəkən digər məqam Gürcüstanın bu silahların Ermənistana keçidinə icazə verməsidir. Fransanın hərbi texnikasının növbəti partiyası da Gürcüstan limanları və nəqliyyat yolları vasitəsilə Ermənistana çatdırılsa, bu, Azərbaycan cəmiyyətində tərəfdaşlıqla bağlı haqlı suallar yaradacaq.

Məhz bu səbəbdən Ermənistanı asılı vəziyyətə salmağa çalışan Fransa İrəvanın aqressiv ritorikasını, revanişizmini dəstəkləyir, erməni ordusunun sürətlə silahlandırmaq istəyir və bununla da Cənubi Qafqazda Fransanın əsas rol oynamadığı layihələrin reallaşmasına imkan verməməyə çalışır.

Bu silahları Ermənistana ötürən Fransa birmənalı olaraq Cənubi Qafqazda dayanıqlı sülhü və stabilliyi istəmir. Görünür, Parisin istəyi regionu bitməz münaqişə məkanına çevirməkdir. Paris regionda söz sahibi olmaq uğrunda hər bir variantı yoxlayır. Amma, bu dəfə də planının uğursuz olacağına şübhə yoxdur.

Milli.az