Fransa Ukraynanın NATO-ya daxil olmasının mənfi nəticələrini açıqlayıbbackend

Fransa Ukraynanın NATO-ya daxil olmasının mənfi nəticələrini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dəyməz Fransa” qrupunun lideri Manuel Bompard bildirib ki, Kiyev NATO-ya daxil olarsa, Ukraynadakı münaqişə diplomatik yolla həll edilə bilməz.

Editor.az bu barədə BFM TV-yə istinadla xəbər verir. Onun sözlərinə görə, hamı bilir ki, Ukrayna tezliklə NATO-ya daxil olarsa, o zaman böhranın diplomatik yolla həlli imkanları aradan qalxacaq, dağılacaq. O, həmçinin qeyd edib ki, respublikanın Avropa İttifaqına daxil olması Fransa sənayesi və kənd təsərrüfatı üçün faciə olacaq.

Bundan əvvəl Ukrayna baş nazirinin Avropa və Avroatlantika inteqrasiyası üzrə müavini Olqa Stefanişina ölkənin NATO-ya daxil olmasının əsas rəqibinin ABŞ olduğunu bildirmişdi. O, müttəfiq ölkələr arasında Kiyevin ölkənin alyansa dəvət edilməsini müzakirə edə biləcəyi heç kəsi tapa bilmədiyini deyib. Üstəlik, onun sözlərinə görə, Ukrayna tərəfindən ABŞ-ın keçmiş prezidenti Donald Trampın şərhlərindən qorxduğu üçün ondan “sakit davranmaq” xahiş olunur.

//Gülnarə Abasova, Editor.az