Fransa Ukraynaya hərbi və siyasi dəstəyini davam etdirəcəkbackend

Fransa Ukraynaya hərbi və siyasi dəstəyini davam etdirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın xarici işlər naziri Ketrin Kolonna ölkəsinin Ukraynaya hərbi, siyasi və humanitar sahələrdə dəstəyini davam etdirəcəyini bildirib.

Editor.az xarici mediaya istinadən bildirir ki, Kolonna Parisdə Ukrayna xarici işlər naziri Dmitro Kuleba ilə birgə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Kuleba ilə görüşdə qlobal ərzaq təhlükəsizliyi, Ukrayna taxıl ixracının davam etdirilməsi və Rusiyanın iyul ayında Qara Dəniz Taxıl Dəhlizi Sazişindən çıxması kimi bir çox məsələləri müzakirə etdiklərini bildirərək, bu sahələrdə onlara dəstək verməyə davam edəcəyini vurğulayıb.

Kuleba Ukraynanın Fransa və Avropa İttifaqı (Aİ) ölkələri ilə eyni dəyərləri paylaşdığını və özünü müdafiə etmək qabiliyyətinə malik olduğunu da açıqlayıb. O, həmçinin taxıl müqaviləsinin davam etdirilməsinin tərəfdarı olduqlarını vurğulayıb.

//Safura Bənnayeva, Editor.az