“Fransa və ABŞ Ermənistana göstəriş verməlidir” – Dağıdılan məzarlıqlarla bağlı ŞƏRHbackend

“Fransa və ABŞ Ermənistana göstəriş verməlidir” – Dağıdılan məzarlıqlarla bağlı ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənilər bu günə qədər hələ də Azərbaycana qarşı haqsızlıq etməkdə davam edir. Qərb ölkələri isə buna heç bir reaksiya vermir. Amma Azərbaycanın hansısa bir hərəkətinə görə Ermənistan və tərəfdaşları ayağa qalxır”.

Bu fikirləri Editor.az-a açıqlamasında AMEA əməkdaşı, türkoloq Faiq Ələkbərli bildirdib.

Onun sözlərinə görəz bir neçə gündür yayılan görüntülərdən görürük ki,  Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Xankəndi ərazisində azərbaycanlılara məxsus məzarlıqlar dağıdılır: “Bu illərdir, şahid olduğumuz Ermənistan və havadarlarının adətidir. Bununla belə nə ABŞ, nə də Fransa və digər ölkələrdən bu addımına görə Ermənistana hansısa cəza tədbiri görəcəyini düşünmürəm. Böyük ölçüdə bu məsələdə susqunluq davam edəcək. Ümumiyyətlə, bir neçə dövlət başçıları başda Fransa prezidenti Emmanuel Makron olmaqla, çox mövzuda Ermənistana haqq qazandırırlar”.

F.Ələkbərli qeyd edir ki, bu gün Ermənistana Fransa, ABŞ və başqa ölkələrin dəstəyi mövcuddur:

“ Həmin ölkələrin Rəsmi İrəvana təsir göstərməsi lazımdır ki, biz bu istiqamətdə müəyyən nəticə əldə edək. Həmin ölkələrin cəbhəsində müəyyən dəyişikliklər edilməlidir. Bununla da Azərbaycan və Ermənistan arasıda yekun sülh müqaviləsi imzalana bilər. Bu məsələni uzatmaq Azərbaycanı digər addımlar atmağa məcbur edir. Bununla da haqsız duruma salmağa çalışırlar. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin də dediyi kimi, əgər Ermənistan 10 noyabr 2020-ci il bəyannaməsinin şərtlərinə əməl etməyəcəksə, adekvat addımlar atılacaq. Bu məsələdə Avropa dövlətlərinin ikili oyunlarının şahidi oluruq. Avropa Birliyi müəyyən cəhdlər göstərir, amma tam mövqe ortaya qoymadıqları üçün sülh müqaviləsinin imzalanması məsələsi uzanır. Amma bu belə davam etməyəcək. QardaşTürkiyənin bölgədə artan nüfuzu və Azərbaycanın səyləri nəticəsində Ermənistan tərəfi sülh müqaviləsini imzalamalı olacaq”.

//Safura Bənnayeva, Editor.az