“Fransa və ABŞ-ın adını hallandıranlar prosesdə əli olan başqa qüvvələri gizlətməyə çalışırlar”- ŞƏRHbackend

“Fransa və ABŞ-ın adını hallandıranlar prosesdə əli olan başqa qüvvələri gizlətməyə çalışırlar”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fransa və ABŞ-ın adını hallandıranlar prosesdə əli olan başqa qüvvələri gizlətməyə çalışırlar. Çünki ABŞ regionda xüsusən Ermənistanla Azərbaycan arasında normallaşma prosesində maraqlıdır, Türkiyə, Azərbaycan və Ermənistan arasında qarşıdurmanın  hansısa formada davam etməsi tərəfdarı deyil”.

Bunu Editor.az-a açıqlamasında politoloq Sədrəddin Soltanlı son günlər İran-Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımların regionda olan bəzi qüvvələri narahat etməsi ilə bağlı fikirlərə aydınlıq gətirərkən deyib.

O bildirib ki, ABŞ Ermənistan Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində cəhdlər edir: “ABŞ dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevlə telefon danışığı, eləcə də iyunun əvvəlində ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan dövlət başçısına məktubunda bu məsələlər öz əksini tapıb”.

Politoloq Azərbaycanla İran arasında keçirilən hərbi təlimlərə də diqqət çəkib:

“Bu birgə hərbi təlimləri hər bir ölkə öz ərazisində həyata keçirtdi. Eyni vaxtda sinxron şəkildə həyata keçirildiyindən müəyyən komanda əlaqəsi olduğundan birgə təlim hesab olunur. Bu razılaşma isə əvvəlcədən əldə olunub. Azərbaycan İranı heç bir halda düşmən elan etməyib və düşmənçilik siyasəti də yürütmür. Ancaq İran bir çox hallarda Azərbaycana qarşı səhvlər edib. İran əvvəlki qaydada Ermənistanı dəstəkləməklə Cənubi Qafqazda sabitliyin yaranmasına mane olur. Ermənistanda daha çox müxalifət sayılan Rusiyayönümlü qüvvələri müdafiə etməklə mövcud hökumətin, Nikol Paşinyan kabinetinin gördüyü işlərə problemlər yaradır. Hesab edirəm ki, bu proseslərdə ABŞ və Fransanın əlinin olduğunu deməklə bəziləri öz etdiklərini ört-basdır etməyə çalışır”.

//Gülnarə Abasova, Editor.az