Brüssel və Paris Avropa Komissiyasının Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) alınması ilə bağlı tələblərini dəstəkləməkdən imtina ediblər.
Editor.az bildirir ki, bu barədə “Politico” yazıb: “Fransa və Belçika Brüsselin 2027-ci ilə qədər Rusiyadan qaz alışını dayandırmaq təklifinin iqtisadi və hüquqi nəticələrinə dair əlavə təminatlar tələb edir”, – nəşr bildirir.
Fransanın energetika naziri Marc Ferracci deyib ki, ölkə Avropanın diversifikasiya strategiyasını müdafiə edir və Rusiya LNG idxalında ikinci yeri tutan Belçika belə bir qərar qəbul etməzdən əvvəl bütün iqtisadi nəticələrini hesablamaq niyyətindədir. Rusiyaya dost olan Macarıstan və Slovakiyaya gəlincə, onlar çox güman ki, qadağanı tamamilə pozmağa çalışacaq, daha ucuz rus enerji təchizatını saxlamağa çalışacaqlar: “Bir çox siyasətçilər və sənaye nümayəndələri, Avropanın yüksək enerji ödənişlərini və iqtisadi problemləri nəzərə alaraq, münaqişə bitdikdən sonra Rusiyanın enerji resurslarına qayıtmağa çağırırlar”, – nəşr qeyd edir.
Xatırladaq ki, Rusiyadan Avropaya LNG idxalının 97%-i dörd ölkədən: Fransa, Belçika, İspaniya və Hollandiyadan gəlir, lakin hələlik yalnız İspaniya və Hollandiya Brüsselin Rusiya qazını qadağan etmək planını dəstəkləyib.
//Samir Qurbanov, Editor.az