Fransa və Ermənistan arasında mühüm razılıq: “NATO və KTMT hesabat tələb etməlidir”-AÇIQLAMAbackend

Fransa və Ermənistan arasında mühüm razılıq: “NATO və KTMT hesabat tələb etməlidir”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan və Fransa arasında silah sazişinin imzalanması, bu istiqamətdə danışıqların aparılması son vaxtlarda gündəm mövzulardandır”.

Bunu Editor.az-a Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov Ermənistan müdafiə naziri Suren Papikyanın açıqlamasında Fransa və Ermənistan müdafiə nazirləri arasında əməkdaşlığa dair imzalanan sənədlərlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
Xəyal Bəşirov yazır: Dizel yanacağı tökülərək diri-diri yandırılan və başı  kəsilən insanlar » Newscenter.az

Politoloq hesab edir ki, Fransa yenidən Cənubi Qafqazda gərginliyi artırmaq, Azərbaycan və Ermənistan arasında normallaşmaqda olan proseslərin qarşısını almaq, eyni zamanda, qarşıdurmanı mümkün qədər canlandırmaq niyyəti güdür:

“Əslində burada ziddiyyətli məqam var. Fransa NATO-ya üzv olan ölkədir və Qərb cəbhəsində mövqe tutub. Ermənistan isə KTMT-yə üzvdür və Şərq cəbhəsində mövqe tutub. NATO-ya qarşı yaradılmış Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan ölkənin Alyansa üzv olan dövlətdən silah alması NATO-nun və KTMT-nin maraqlarına ziddir. Çünki bu hərbi təşkilatlar bir-birilərinə qarşı amansız müharibə aparmaq üçün yaradılıb”.

Onun sözlərinə görə, NATO ölkələri məsələ ilə bağlı Fransadan hesabat almalıdır:

“Azərbaycanın müttəfiqi və Cənubi Qafqazda sülhün tərəfdarı olan Türkiyə dövlətinin NATO daxilində sözügedən məsələ ilə bağlı hesabat verməsini gündəmə gətirə bilər. Bu rəsmi Parisə qarşı Alyansın müəyyən addımlar atmasına səbəb olacaq. Fransa özünün bütün beynəlxalq öhdəliklərinə hörmətsiz yanaşır. Avropa İttifaqı və NATO daxilində atdığı addımlar Alyansın ümumi maraqlarına ziddir. KTMT-yə üzv ölkələr eləcə də Rusiya Ermənistandan hesabat tələb edə bilər ki, bu təşkilatın üzvü kimi rəsmi İrəvan hansı haqla, əsasla NATO-ya üzv olan dövlətdən hava hücumundan müdafiə sistemi, yaxud da digər təhlükəsizliklə bağlı olan silahların alınması istiqamətində addım atır? Kimdə bununla bağlı zəmanət var ki, Ermənistan bu silah-sursatdan təşkilata üzv olan ölkələrə qarşı istifadə etməyəcək?”

X.Bəşirovun sözlərinə görə, Azərbaycan və Ermənistan arasındakı münaqişənin əsas səbəbi Qarabağ və ətraf rayonların işğalı ilə bağlı idi: Bu gün Ermənistanla münasibətlərin normallaşmasının əsas şərti İrəvanın Azərbaycanın ərazi bütövlüyünə sözdə və əməldə hörmətlə yanaşması, gələcəkdə də torpaqlarımıza qarşı iddia irəli sürməməsidir. Ermənistan İkinci Qarabağ müharibəsinə qədər də silahlandırılmışdı. Fransa birbaşa olmasa da dolayı yollarla bu prosesi həyata keçirirdi. 30 ilə yaxın müddətdə ermənipərəst qüvvələr tərəfindən edilmiş yardımların rəsmi İrəvana verdiyi güc Azərbaycan Ordusu qarşısında cəmi 44 gün tab gətirə bildi. Bu müddət ərzində biz 30 illik silah, sursat, humanitar, maddi yardımı, dəstəyi darmadağın edə bildik. Çünki biz haqlı və güclü idik”.

Politoloq bildirib ki, Prezident İlham Əliyevin yürütdüyü siyasətin əsas qayəsi Azərbaycanın ərazi bütövlüyü, suverenliyi üçün hər hansı təhdid yaranacağı təqdirdə ən layiqli cavabın verilməsi olduğuna hesablanıb:

“Rəsmi Bakının heç bir ölkə ilə problemi, düşmənçiliyi yoxdur. Əgər Fransa ermənipərəst mövqedən yanaşaraq ölkəmizə qarşı düşmənçilik edirsə, bunun da layiqli cavabı verilməkdə davam edəcək. Ermənistan ordusu İkinci Qarabağ müharibəsində darmadağın edilib sıfır dərəcəsinə düşdü. Rəsmi İrəvanda hərbi, iqtisadi, sosial durumu 44 günlük Vətən müharibəsindən sonra bütün dünyanın gözü qarşısında bərbad vəziyyətə düşüb. Ermənistana bu vəziyyətdən çıxmaq üçün çox uzun müddət lazımdır. Azərbaycan da bütün istiqamətlərdə özünü inkişaf etdirməkdədir. Bu proses çox sürətlə davam edir. İkinci Qarabağ müharibəsindən sonra rəsmi Bakının ordu quruculuğuna ayırdığı vəsait və sərhədboyu ərazilərdəki müdafiə qabiliyyətimizin gücləndirilməsi, ölkəmizin ərazi bütövlüyünü istənilən təhlükədən qorumaq iqtidarında olan qurumların inkişaf etdirilməsi istiqamətində atılan addımlar açıq şəkildə Ermənistanın bundan sonra heç vaxt Azərbaycana qarşı hansısa revanşist addım atmasına cürət etməyəcəyini göstərir”.

//Safura Bənnayeva,Editor.az