“Qarabağ münaqişəsinin həll edilməsində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun üzvlərindən biri olan Fransa Qarabağ müharibəsində bitərəfliyini pozaraq açıq şəkildə Ermənistanın yanında olub, beynəlxalq hüquqda vasitəçilər üçün müəyyən edilmiş norma və prinsipləri kobud şəkildə pozmuşdur”.
Bunu Editor.az-a AĞ Partiya Mərkəzi Aparatının sədri Kamran Məmmədli Fransa və Ermənistan arasında hərbi əməkdaşlığın artırılacağı ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Fransa artıq açıq şəkildə qərəz nümayiş etdirərək Ermənistanın yeni hamisinə çevrilib:
“Hərbi əməkdaşlığın da əsas məqsədi məhz budur. Fransa digər NATO ölkələri kimi Cənubi Qafqazda hərbi-siyasi nüfuzunu genişləndirməyə və Rusiyanı bölgədən sıxışdırmağa çalışır. Bu məsələdə hesab edirəm ki, biz də anoloji addımlar ataraq balansı qorumalıyıq .
Pakistan, İsrail və xüsusilə Türkiyə ilə hərbi əməkdaşlığı gücləndirmək bizim üçün prioritet məsələlərdən olmalıdır”.
K.Məmmədlinin fikrincə, Ermənistan istər hərbi güc, istərsə də güclü müttəfiq baxımından Azərbaycana uduzur:
“Bu proporsiyanı daim qorumaq lazımdır .
Ermənistanın yeni müttəfiq arayışlarına mane olmaqla yanaşı, özümüz də bu sahədə güc sahibi olmalıyıq. Hər bir halda yaxın zamanda imzalanacaq sülh müqaviləsindən sonra bölgədə bir müddətlik sabitliyə nail ola bilərik”.
//Safura Bənnayeva, Editor.az

