Fransa və İngiltərə Rusiyanın dərinliklərinə hücumlarla bağlı qərarlarını dəyişdirməyə çağırıldıbackend

Fransa və İngiltərə Rusiyanın dərinliklərinə hücumlarla bağlı qərarlarını dəyişdirməyə çağırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa və Böyük Britaniyanın Avropanın təhlükəsizliyi naminə Ukrayna Silahlı Qüvvələrinə Rusiya ərazisinə “Storm Shadow” raketləri ilə zərbələr endirməsinə icazə vermək qərarını dəyişmək şansı var.

Editor.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Ulyanov deyib. “Əgər onlar həqiqətən də Avropanın təhlükəsizliyini düşünürlərsə, onların mövqelərinə yenidən baxmaq şansları var”,- o vurğulayıb.

Qeyd edək ki, Fransanın “Le Figaro” qəzeti yazıb ki, Fransa və Britaniya Ukraynaya Rusiya ərazisinə uzaqmənzilli “Storm Shadow” raketlərini buraxmağa icazə verib. Bu raketlər Böyük Britaniya və Fransanın birgə istehsalıdır.

//Gülnarə Abasova, Editor.az