Fransa XİN-dən İranla bağlı açıqlama: “Münaqişə qaçılmazdır”backend

Fransa XİN-dən İranla bağlı açıqlama: “Münaqişə qaçılmazdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fransa İranın nüvə proqramı ilə bağlı sazişin bağlanmasına nail olmağa ümid edir. Bu baş verməzsə, regionda hərbi münaqişə praktiki olaraq qaçılmazdır”.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro ölkənin Milli Assambleyasının (parlamentin aşağı palatası) Beynəlxalq Əlaqələr Komitəsinin iclasında bildirib.

“Bizim prioritet vəzifəmiz İranın nüvə proqramına uzunmüddətli məhdudiyyətlər qoyan sazişə nail olmaqdır. İmkanlar pəncərəsi daralır: On il əvvəl əldə edilmiş sazişin müddətinin bitməsinə cəmi bir neçə ay qalıb. Əgər danışıqlar uğursuz olarsa, hərbi konfrontasiya demək olar ki, qaçılmaz görünür və bu, regionda sabitliyinin pozulması bahasına başa gələcək”, – deyə Barro vurğulayıb.