Fransa Yeni Kaledoniyada fövqəladə vəziyyəti ləğv edirbackend

Fransa Yeni Kaledoniyada fövqəladə vəziyyəti ləğv edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni Kaledoniyada iğtişaşlar fonunda tətbiq edilən fövqəladə vəziyyət rejimi ləğv ediləcək.

Bu barədə AFP Yelisey sarayına istinadən məlumat verib.

Agentliyin məlumatına görə, fövqəladə vəziyyət mayın 27-də axşam saatlarında ləğv ediləcək. Asayişin qorunması üçün Yeni Kaledoniyaya 480 jandarm göndəriləcək.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makronun zorakılığın dərhal dayandırılması əmrinə baxmayaraq, bəzi bölgələrdə vəziyyət gərgin olaraq qalır. Yeni Zelandiya və Avstraliyanın hakimiyyət orqanları öz vətəndaşlarını Yeni Kaledoniyadan təxliyə etməyə davam edirlər.

Xatırladaq ki, Yeni Kaledoniyada etirazlar 1998-ci ildə Numey Sazişinin bağlanmasından sonra bu ölkəyə gələn miqrantların səsvermədə iştirakına icazə verilməsini təklif edən konstitusiyaya düzəlişlərdən sonra başlayıb. Kanak xalqından olan yerli əhali ehtiyat edir ki, son 20 ildə ora köçən adanın Avropa əhalisinin bir hissəsi səsvermə hüququ qazanarsa, onlar azlıqda qala bilərlər.

Mayın 23-də Yeni Kaledoniyaya səfər edən Fransa Prezidenti Emmanuel Makron konstitusiya islahatını zorla həyata keçirməyəcəyini bildirib və siyasi partiyalara razılaşmanın hazırlanması üçün bir neçə həftə vaxt verib.

Oxu.az