Fransada 4,5 mindən çox insan təxliyə edilibbackend

Fransada 4,5 mindən çox insan təxliyə edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın Lion şəhərinin Vez məhəlləsinin sakinləri İkinci Dünya müharibəsindən qalan hava bombasını zərərsizləşdirmək əməliyyatı zamanı evakuasiya edilib.

Editor.az Trend-ə istinadən bildirir ki, tələbə yataqxanasının inşası zamanı 150 kq-dan çox partlayıcı maddə olan bomba tapılıb. Sapyorlar partlayıcı maddəni bombadan çıxardıqdan sonra bildiriblər ki, o daşınma zamanı təhlükəli ola bilər.

Bununla əlaqədar olaraq, şəhər hakimiyyəti məhəllə sakinlərinin hamısının müvəqqəti olaraq təxliyə edilməsinə qərar verdi.

Meriya sakinləri beş idman zalında yerləşdirib.