Fransada 76 məsciddə axtarış, çoxu bağlanacaqbackend

Fransada 76 məsciddə axtarış, çoxu bağlanacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa hüquq-mühafizə orqanları ölkə ərazisində fəaliyyət göstərən 76 məsciddə axtarış aparacaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Jerald Darmanen bildirib.

Onun sözlərinə görə, yaxın günlərdə məscidlər nəzarətə alınacaq və onların bəziləri bağlanacaq.

76 məsciddən 16-sının Paris şəhəri və ətrafında olduğu qeyd edilib. Bu məscidlərdən 18-nin bağlana biləcəyi açıqlanıb. Yoxlanış barədə bələdiyyələrə müraciət olunub.