Fransada bir gün ərzində ikinci bıçaqlı hücum – VİDEObackend

Fransada bir gün ərzində ikinci bıçaqlı hücum – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın Avinyon şəhərində əlində bıçaq tutan kişi polislərə xəsarət yetirməyə cəhd göstərib.

“RİA Novosti” agentliyi bu barədə Fransa mətbuatına istinadən xəbər yayıb.

İlkin məlumata görə, ona hüquq-mühafizə orqanları tərəfindən atəş açılıb.

Hadisə ilə əlaqədar hələlik geniş məlumat verilməyib.

Xatırladaq ki, bu gün Fransanın Nitsa şəhərinin mərkəzində yerləşən Notr-Dam Kilsəsində bıçaqla silahlanmış naməlum şəxs insanlara hücum edib.

Hadisə nəticəsində üç nəfər həyatını itirib.