Fransada dövlət məktəblərində qızların çadra geyinməsi qadağan edilibbackend

Fransada dövlət məktəblərində qızların çadra geyinməsi qadağan edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın təhsil naziri Qabriel Attal dövlət məktəblərində qızlara çadra geyinməyi qadağan edib. Editor.az xarici mediaya istinadla xəbər verir ki, o, qərarın ölkədə yeni tədris ilinin sentyabrın 4-dən başlanması ilə qüvvəyə minəcəyini bildirib.

Fransada dövlət məktəbləri və hökumət binalarında dini simvolların dünyəvilik prinsipini pozduğu əsas götürülərək geniş qadağalar hökm sürür. Dövlət məktəblərində hicab taxmaq 2004-cü ildə qadağan edilib. Nazir məktəblər açılana kimi qaydaları ölkə səviyyəsində başa düşülən şəkildə izah edəcəyini bildirdi.

//Gülnarə Abasova, Editor.az

Facebook Notice for EU! You need to login to view and post FB Comments!