Fransada ən böyük AES-in fəaliyyəti meduzalara görə dayandıbackend

Fransada ən böyük AES-in fəaliyyəti meduzalara görə dayandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın şimalında yerləşən ölkənin ən böyük atom elektrik stansiyası olan Qravlin AES-in dörd enerji blokunun işi dayandırılıb. Buna nasos stansiyalarının filtrlərinə meduzaların daxil olması səbəb olub.

Oxu.Az xəbər verir ki, bu barədə EDF əməliyyat şirkətinin saytında dərc olunmuş press-relizdə deyilir.

AES-in fəaliyyətinin bərpası ilə bağlı hələlik məlumat olmadığı bildirilir.

Qeyd olunur ki, hadisə AES-in və onun personalının təhlükəsizliyinə təsir göstərməyib. Texniki xidmətlər diaqnostika və enerji bloklarının fəaliyyətini bərpa etmək üçün işləri davam etdirir.