Fransada ermənilər türk ailəyə hücum etdi, 4 nəfər yaralandıbackend

Fransada ermənilər türk ailəyə hücum etdi, 4 nəfər yaralandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın Saint-Die-Des-Vosges şəhərinin Kellerman məhəlləsində ermənilərdən ibarət 40 nəfərlik qrup türk ailəyə hücum edib.

Editor.az Trend-ə istinadən bildirir ki, aprelin 24-də bir erməni həmin ailə üzvlərinin birinin üzərinə maşın sürüb və münaqişə yaranıb. Lakin tərəflər arasında razılaşma əldə olunsa da, sonradan 40 nəfərə qədər erməni əllərində beysbol dəyənəyi, bıçaq və dəmir parçaları ilə həmin ailənin evinə soxulublar. Hətta ermənilər silahla havaya atəş də açıblar.

Hücum edən ermənilərin içərisində 44 günlük müharibə zamanı Qarabağa gedən ermənilərin də olduğu müəyyən edilib.

Hadisə nəticəsində türk ailənin 4 üzvü yaralanıb. Onlardan 3-ü xəstəxanaya yerləşdirilib, biri isə əməliyyat olunub.

Loading...