Fransada illik inflyasiyanın aprel ayında yüzdə 5,4-ə yüksəlməsi ilə ölkədə inflyasiya 1986-cı ildən bəri ən yüksək səviyyəsinə çatıb.
Editor.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fransa Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutu (INSEE) aprel ayı üzrə illik inflyasiya açıqlamasında qeyd edilib.
Açıqlanan məlumatlara görə, ölkədə inflyasiya bir ayda yüzdə 0,9 faiz artaraq 5,4 %-ə çatıb. Bu da 1986-cı ildən bəri görülməmiş bir inflyasiyadır. Enerji qiymətlərinin bir ildə 26,6 faiz artması ərzaq qiymətlərinə də təsir edib. Beləliklə, yüksək inflyasiyanın mayın 1-də ölkədə minimum əmək haqqının yenidən artmasına səbəb olacağı bildirilib.
//Gülnarə Abasova, Editor.az

