Fransada hicablı qadına restorana daxil olmağa icazə verməyən şəxs 600 avro cərimələnib.
Editor.az xəbər verir ki, Bayonne Məhkəməsi eyni zamanda hicablı qadın və oğluna dəymiş mənəvi ziyana görə 1300 avro ödənilməsinə qərar verilib.
Məhkəmə “dini ayrı-seçkiliyin” edildiyini və restoran sahibinin “respublika dəyərlərini” öyrənmək üçün məcburi vətəndaşlıq təcrübəsindən keçməsi barədə qərar çıxarıb.
Qeyd edək ki, may ayında iş qadını oğlu ilə restorana gələn hicablı ananı “qaranlıq dövrə aid çadra taxdığını” əsas gətirərək məkana buraxmayıb və “çadranın qadınları boyun əydirmək üçün alət olduğunu” iddia edib.
Hicablı qadın ayrı-seçkiliyə məruz qaldığını və təhqir edildiyini əsas gətirərək polisə gedərək şikayət edib.
//Samir Qurbanov, Editor.az

