Fransada jandarmaya hücum: Üç hüquq-mühafizə işçisi öldübackend

Fransada jandarmaya hücum: Üç hüquq-mühafizə işçisi öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın Pyu-de-Dom departamentində üç jandarma öldürülüb, biri isə yaralanıb.

Bu barədə “France Info” Fransa Prokurorluğuna istinadən məlumat verir.

Hüquq-mühafizə işçiləri evin damına sığınan qadını xilas etmək üçün əraziyə gələndə, 48 yaşlı kişinin hücumuna məruz qalıblar.

Həmin şəxs jandarma evə yaxınlaşdıqda atəş açıb, nəticədə bir əməkdaş ölüb, digəri isə yaralanıb. Qısa müddətdən sonra cinayətkar binanı yandırıb, bu zaman daha iki jandarma ölüb.