Fransada “meymun çiçəyi” xəstəliyinə ilk yoluxma qeydə alınıbbackend

Fransada “meymun çiçəyi” xəstəliyinə ilk yoluxma qeydə alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa “meymun çiçəyi” xəstəliyinin yayıldığı növbəti Avropa ölkəsi ola bilər. Paytaxtın İl-de-Frans bölgəsində bu xəstəliyə yoluxma ehtimalı olan ilk hal qeydə alınıb.

Bu barədə “Report” BFM TV-yə istinadən xəbər verir.

Telekanalın məlumatına görə, Fransada “meymun çiçəyi” xəstəliyinin aşkarlanması ilə bağlı ilk mümkün hadisə barədə məlumat səlahiyyətli orqanlar tərəfindən tibb təşkilatlarına göndərilib.

Lakin bunun hansı xəstə olduğu barədə hələ heç bir məlumat verilməyib.

“Meymun çiçəyi” nadir, lakin potensial təhlükəli infeksiyadır. Adətən qripə bənzər xəstəlik və limfa düyünlərinin şişməsi ilə başlayır və sonra üzdə və bədəndə geniş yayılmış səpkilərə çevrilir.

Eyni zamanda hərarət, baş ağrısı, şişkinliklər, bel ağrısı və ümumi narahatlıqlar müşahidı edilir. Dəri qabarcıqlarına səbəb olan nadir tropik xəstəlik meymun, siçovul, dələ və digər kiçik məməlilərin yaydığı virusdan qaynaqlanır.

Bununla birlikdə, elm adamları virusun insandan insana keçməsinin çox nadir olduğunu və bunun koronavirus qədər asanlıqla yayılmadığını bildiriblər.

“Meymun çiçəyi” 2017-ci ildə Nigeriyada 40 illik fasilədən sonra yenidən ortaya çıxıb. O vaxtdan bu günə kimi Afrika ölkəsində 218, Nigeriyadan gələn beynəlxalq səyahətçilərdə isə 8, o cümlədən 2021-ci ilin iyulunda ABŞ-ın Texas ştatında bir yoluxma hadisəsi təsdiqlənib. Eyni zamanda Böyük Britaniyanın tibb orqanları insanın nadir yoluxucu xəstəlik olan “meymun çiçəyi”nə yoluxmasını qeydə alıblar.