Fransada pensiya islahatları əleyhinə aksiyalar yenidən başlayıbbackend

Fransada pensiya islahatları əleyhinə aksiyalar yenidən başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Parisdə hökumətin qəbul etdiyi pensiya islahatının əleyhinə ümummilli tətil yenidən başlayıb.

Editor.az xəbər verir ki, həmkarlar ittifaqlarının çağırışı ilə baş tutan sayca onuncu tətildə on minlərlə nümayişçi iştirak edir.

Bu, yanvarın ortalarından başlayaraq onuncu gündür ki, Fransanın aparıcı həmkarlar ittifaqları ölkədə pensiya yaşının artırılmasına qarşı ümummilli tətil günü elan edirlər.

Nümayişçilərin Respublika meydanından yürüşə başlayan aksiyası Millət meydanında bitəcək. Onlar əsasən, “Təqaüdlərimizə toxunma”, “Makron, get” şüarları səsləndirirlər.