Fransanın turistlərin ən çox ziyarət etdiyi yerlərdən biri olan Versal Sarayı təhlükəsizlik səbəbilə boşaldılıb.
Editor.az “İndependent”ə istinadən yazır ki, Fransa məktəb müəlliminin qətlindən sonra baş verə biləcək hücumlara qarşı yüksək hazırlıq vəziyyətində olduğu üçün dörd gündə ikinci dəfədir ki, saray bağlanır.
“Təhlükəsizlik məqsədilə Versal Sarayı bu gün, oktyabrın 17-i ziyarətçiləri təxliyə edir və qapılarını bağlayır. Anlayışınız üçün təşəkkür edirik”, – deyə saray administrasiyası başqa təfərrüatları açıqlamayıb.
Polisin bildirdiyinə görə, saray, eləcə də Parisdəki Luvr oktyabrın 14-ü bomba hədəsi aldıqdan sonra ziyarətçiləri və işçiləri təxliyə edib.
//Samir Qurbanov, Editor.az

