Fransadan Hindistanla birlik mesajıbackend

Fransadan Hindistanla birlik mesajı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın müdafiə naziri Sebastyan Lekornu Hindistana səfər edib.

Editor.az xarici mediaya istinadən bildirir ki, Lekornu müxtəlif əlaqələr qurmaq üçün getdiyi Hindistanda Hindistan Hərbi Dəniz Qüvvələri tərəfindən layihələndirilən 262 metrlik təyyarə gəmisi İNS Vikrantı ziyarət edib. “Fransa və Hindistan Hind-Sakit okean regionunda öz dəniz suverenliyini, azadlığını müdafiə etmək üçün birləşiblər”, – Lekornu səfərlə bağlı Twitter hesabında paylaşıb.

İki günlük səfəri zamanı Lekornunun həmkarı Racnath Sinqhin ilə müdafiə sahəsində əməkdaşlıq, terrorizmlə mübarizə və dəniz təhlükəsizliyi ilə bağlı danışıqlar aparması planlaşdırılır.

//Safura Bənnayeva, Editor.az