Fransadan MÜHARİBƏ AÇIQLAMASI: “Paris, Aİ və NATO Rusiya ilə…”backend

Fransadan MÜHARİBƏ AÇIQLAMASI: “Paris, Aİ və NATO Rusiya ilə…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nə NATO, nə Avropa İttifaqı, nə də Fransa Rusiya ilə müharibə aparmır”. 

Bu barədə Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Ann-Kler Lejandr BFMTV kanalının efirində bildirib .

“Paris, Aİ və NATO Rusiya ilə müharibə istəmir”, – o deyib.

Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, eskalasiya Rusiyadan gəlir.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Fransanın Moskvadakı səfiri Pyer Leviyə Parisdəki səfirliyin rusiyalı əməkdaşlarının ölkədən çıxarılması ilə bağlı etiraz edib və buna cavab olaraq 34 fransız diplomatı persona non-qrata elan edib. Onlar iki həftə ərzində ölkəni tərk etməlidirlər.

Publika.az