Fransadan rəsmi icazə: Ermənistan silahlandırılır?- ŞƏRHbackend

Fransadan rəsmi icazə: Ermənistan silahlandırılır?- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu, birmənalı şəkildə qəbuledilən deyil. Fransa Ermənistan və Azərbaycan arasında sülhə nail olmaq missiyasını öz üzərinə götürdüyünü sözdə elan etsə də əməldə tərəflərdən birinin silahlandırılması prosesində xüsusi rol alır”.

Bu fikirləri Editor.az-a Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu yaxın vaxtlarda Fransanın köməyi və rəsmi icazəsi ilə Hindistandan silahların Ermənistana çatdırılmasına başlanılacağı ilə bağlı erməni mətbuatının yaydığı xəbəri və bunun Azərbaycan-Ermənistan münasibətlərində rəsmi Parisin “vasitəçilik” xülyasına təsirini şərh edərkən bildirib.

Onun sözlərinə görə, bu proseslərdə Fransadan səmimiyyət gözləmək düzgün deyil:

“ATƏT-in Minsk qrupu tərkibində Fransanın əməllərinin şahidi olmuşuq. Rəsmi Paris hər zaman Azərbaycana qarşı ikili standartlarla yanaşıb. Bu da qınanılacaq addımdır. Sülh danışıqlarına zərər verəcək. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması hər iki dövlətin şəxsi iradəsindən asılıdır. Buraya üçüncü ölkəni daxil etməyə ehtiyac yoxdur. Sülh müqaviləsinin imzalanmasında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə aparılan danışıqlar və Türkiyənin rolu daha sağlamdır”.

A.Şakiroğlunun fikrincə, vasitəçilikdə maraqlı olan tərəflər Azərbaycan və Ermənistana yalnız özlərinin iştirak edəcəyi görüş təklif edəcəkləri halda sülh müqaviləsinə daha çox töhfə vermiş olarlar:

“Moskva və rəsmi Parisin Azərbaycanla Ermənistan münasibətlərin normallaşması prosesində müsbət effekt yaradacağını düşünmürəm. Əksinə daha çox tərəflər arasında münaqişənin aparılmasında maraqlı tərəf kimi görünürlər. Azərbaycan Fransanın vasitəçiliyindən birmənalı şəkildə imtina etməlidir. Avropa İttifaqı və Türkiyə üzərindən danışıqlar aparılmalıdır. Ancaq prosesdə Ermənistanın əməli ilə sözü bir-birini tamamlayarsa, bu yay sülh müqaviləsinin imzalanması mümkündür “.

//Safura Bənnayeva, Editor.az