Fransadan ruslara qarşı maraqlı sanksiyalarbackend

Fransadan ruslara qarşı maraqlı sanksiyalar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Rusiya-Ukrayna müharibəsinə görə Rusiya vətəndaşlarının ölkənin paytaxtı Parisdəki Vinsen qəsrini ziyarət etmələrini qadağan edib.

Editor.az xarici mənbəyə istinadən bildirir ki, keçmişdə fransız krallarının yaşadığı və Avropanın ən yaxşı qorunan tikililəri arasında yer alan Vincennes qəsri əsasən gəzintilərə, konsertlərə, teatr tamaşalarına və digər tədbirlərə ev sahibliyi edir. Vincennes qəsri həmçinin Fransa Silahlı Qüvvələrinin tarixi arxivlərinin bir hissəsini saxlayır.

Hər il təxminən 150 min ziyarətçi qəbul edən Qalaya böyüklər 9,50 avro giriş haqqı ödəyirlər. Digər tərəfdən, iyulun 28-də 2 rus qadının Vincennes qalasına girməsinə icazə verilmədiyi öyrənilib. 5 aydır Fransada yaşayan 31 yaşlı rusiyalı qadınlardan biri Qalanın girişində mühafizəçinin pasportunu görmək istədiyini, daha sonra isə mühafizəçinin ona “Rus olduğu üçün” qalaya girə bilməyəcəyini söylədiyini bildirib.

Fransa hökumətinin məlumatına görə, fevralın 24-də Rusiyanın Ukraynaya hücumlarından sonra 100 min ukraynalı sığınacaq axtaran şəxs Fransaya qəbul edilib. Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutu (INSEE) isə ötən ilki məlumatlara görə, Fransada 73 500 rusiyalı mühacirin yaşadığını açıqlayıb.

// Safura Bənnayeva, Editor.az