Fransadan Ukraynaya Avropa qoşunlarının yerləşdirilməsi ilə bağlı açıqlamabackend

Fransadan Ukraynaya Avropa qoşunlarının yerləşdirilməsi ilə bağlı açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın Avropa məsələləri üzrə naziri Benjamin Haddad Ukraynada təhlükəsizlik zəmanətlərinin təmin edilməsi çərçivəsində Avropa ölkələrinin hərbi qüvvələrinin bu ölkənin ərazisində yerləşdirilə biləcəyini bildirib.

Editor.az xəbər verir ki, Haddad bu barədə “RBK-Ukrayna”ya müsahibəsində danışıb. Onun sözlərinə görə, Ukrayna Avropanın təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır və bu səbəbdən ölkənin bəzi Avropa təhlükəsizlik mexanizmlərinə daxil edilməsi vacibdir.

Fransalı nazir Ukraynanın Avropa İttifaqı üçün “ilk müdafiə xətti” rolunu oynadığını qeyd edib. O, uzunmüddətli perspektivdə Rusiya ilə Ukrayna arasında davamlı sülhün əldə olunması ilə bağlı ehtiyatlı mövqe nümayiş etdirərək, Ukrayna ordusuna dəstəyin davam etdirilməsinin və mümkün təhlükəsizlik mexanizmlərinin formalaşdırılmasının vacibliyini vurğulayıb.

Haddadın sözlərinə görə, bu çərçivədə gələcəkdə Avropa hərbçilərinin Ukrayna ərazisində yerləşdirilməsi də nəzərdən keçirilə bilər. O bildirib ki, Avropanın uzunmüddətli təhlükəsizliyi ilə bağlı məsələlərdə Ukraynanın xüsusi rolu var.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsinin Moskva tərəfindən Rusiya ilə müharibə kimi qiymətləndiriləcəyini bildirib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Qərb hərbçilərinin Ukraynada yerləşdirilməsini müharibə elanına bərabər addım kimi dəyərləndirib.

//Gülnarə Abasova, Editor.az