Fransalı alim: “500 il sonra baş verəcək iki zəlzələ oldu, Marmarada isə bir dəfə və güclü olacaq” – FOTObackend

Fransalı alim: “500 il sonra baş verəcək iki zəlzələ oldu, Marmarada isə bir dəfə və güclü olacaq” – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İkinci zəlzələ tamamilə gözlənilməz və imkansız idi”.

Bu barədə fransalı seysmoloq və geofizik Xavyer Le Piçon “Habertürk”də yayımlanan “Gələcək fikirlər – zəlzələ özəl” proqramında bildirib.

23 ildir Türkiyədəki qırılma xətləri ilə bağlı araşdırma aparan dünya şöhrətli fransalı zəlzələ mütəxəssisi Mərmərədə gözlənilən böyük zəlzələdən danışıb. O, müşahidələrinə əsasən bölgədə bir dəfə və böyük zəlzələ olacağını qeyd edib.

Mütəxəssis 11 vilayətdə və ümumilikdə Türkiyədə zəlzələlərlə bağlı təhlillərini açıqlayıb.

“İkinci zəlzələ tamamilə gözlənilməz idi. Burada zəlzələnin olacağını söyləmək olmazdı. Bu imkansız idi”, – deyə Le Piçon Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərlə bağlı fikirlərini bildirib.

O, Türkiyənin şimalında və şərqində iki böyük qırılma xəttinin olduğuna diqqət çəkib.

“İki sadə amil var ki, bunu bilməliyik. Şərqi Anadolu qırılma xətti üzərindəki ilk 7,7 bal gücündə zəlzələ şimalda Anadolu plitəsi ilə cənubda Ərəb plitəsinin arasında baş verdi. Anadolu plitəsi təxminən 4 metr qərbə doğru sürüşdü. Burada baş verən son geodeziya hadisəsinə nəzər salsaq, ildə orta hesabla 6 millimetr yerdəyişmədən söhbət getdiyini deyə bilərik. Bu isə o deməkdir ki, bu qırılma xəttinin bəhs etdiyimiz 4 metrlik yerdəyişməyə enerji toplaması üçün 500 il vaxt lazımdır. 1513-cü ildə Pazarcıkda bir zəlzələ olduğunu görürük. Bu zaman deyə bilərik ki, qırılma xətti parçalandığı zaman elastik olaraq bu böyük yerdəyişmə üçün lazım olan enerji toplanmışdı. Və 500 il sonra baş verəcək zəlzələ indi oldu. Gözlənilən də bu idi. Yəni zəlzələlərlə birlikdə bütün enerji xaric oldu”, – deyə məlumat verib.

Xavyer Le Piçon həmçinin Mərmərədə baş verəcək zəlzələdə də danışıb.

“Mərmərədə bir dəfə və 7,6 baldan yuxarı şiddətdə zəlzələ olacağını düşünürəm. Bilirəm ki, həmkarlarımın heç də hamısı bu qənaətdə deyil. Onlar 2-3 zəlzələnin olacağı fikrindədirlər. Zaman kimin haqlı olduğunu göstərəcək. Bölgədəki plitələrin inkişaf xəttini müşahidə edirəm. Mərmərədə müəyyən uzunluqda qırılma xətti üzərində bir dəfə zəlzələ olacağını görürəm”, – deyə o vurğulayıb.