Fransalı siyasətçi: “Fransanın təhlükəsizliyini təhdid edən Putin yox, Makrondur”backend

Fransalı siyasətçi: “Fransanın təhlükəsizliyini təhdid edən Putin yox, Makrondur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada müxalif Vətənpərvərlər Partiyasının lideri və Avropa Parlamentinin keçmiş üzvü fransalı siyasətçi Florian Filippot prezident Emmanuel Makronu ölkənin təhlükəsizliyinə təhdid yaratmaqda ittiham edib.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, fransalı siyasətçi Filippot ABŞ-ın keçmiş prezidenti Donald Trampın amerikalılar üçün ən böyük təhlükənin kənardan deyil, ölkəni məhv etmək istəyən xəstə və radikal siyasətçilərdən olması barədə sözlərini xatırladıb.

Filippot Twitter hesabında yazıb: “Eyni şey Fransaya da aiddir. Makron fransızlar üçün Putin və ya Si Cinpinqdən daha böyük təhlükədir”.

//Gülnarə Abasova, Editor.az