Fransanın Afrikada törətdiyi soyqırım faktları gündəmə gəlirbackend

Fransanın Afrikada törətdiyi soyqırım faktları gündəmə gəlir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makron Ruandaya gedir. O, Fransanın keçmiş müstəmləkəsi olan Ruanda ilə diplomatik əlaqələrin bərpasını təmin etmək fikrindədir.

Bu barədə “Bloomberg” xəbər agentliyi məlumat yayıb. Agentlik bildirir ki, 1994-cü ildə Şərqi Afrikada yerləşən Ruandada genosid törədilib. Nəticədə 800 min insan öldürülüb. Bu qətllərdə Fransa uzun müddətdir ki, ittiham olunur.

“Twitter”də status paylaşan cənab Makron cümə axşamı bildirib ki, o, Ruanda prezidenti Paul Kagame ilə görüşəcək və onlar birgə mətbuat konfransı keçirəcəklər.

Emmanuel Makron Nikolya Sarkozidən (2010) sonra Rauandaya gedən ikinci Fransa prezidentidir. Fransa Ruandada azlıqda olan Tutsi (15 faiz) tayfasının böyük çoxluq olan Hutuyə (84 faiz) qarşı soyqırım törətməsinə dövlət səviyyəsində dəstək verib.

Türkiyə prezidenti Tayyib Ərdoğan erməni soyqırımından dəm vuran rəsmi Parisə dəfələrlə Əlcəzair və Ruandada Fransanın törətdiyi, ancaq hələ də etiraf etmədiyi soyqırımları xatırlatmışdı.

Emmanuel Makron Əlcəzairdə Fransanın törətdiyi vəhşiliklərlə bağlı bir neçə dəfə bəyanat verib. Belə görükür ki, o, Fransada ictimai rəyi Əlcəzairdə baş verənlərin tezliklə genosid kimi dəyərləndirilməsinə hazırlamağa çalışır. Ruandaya bu səfər də orada baş verən qətliamlarda Fransanın suçlu olmasından xəbər verir.

Fransanın Kotdivuar (Fil Dişi Sahili), Seneqal, Mali , Əlcəzair kimi ölkələrdə yerli əhaliyə qarşı qəddarlıq nümayiş etdirməsi ilə bağlı ittihamlar səslənməkdədir. Fransa bu ölkələrdən çəkilsə də həmin ölkələri özündən asılı vəziyyətdə saxlamaqda davam edir.

Bu bir faktdır ki, 14 Afrika ölkəsindən 12-si Fransanın keçmiş müstəmləkəsidir, CFA adlı valyutadan istifadə edirlər. Həmin valyuta Fransa tərəfindən dövriyyəyə buraxılıb, təbii ki, Fransanın nəzarətindədir.

Fransa fransız dilində danışan Qərbi Afrikada biznes imkanlarını genişləndirməyə də can atır.
“Total SE”, “Vinci SA” və “Orange SA” kimi nəhəng Fransa şirkətləri Uqanda, Mozambik, Keniya, Tanzaniya və Efiopiyada biznes fəaliyyətlərini ciddi şəkildə böyüdüblər.