Fransanın Afrikadakı varlığına növbəti zərbə Çaddan gəldibackend

Fransanın Afrikadakı varlığına növbəti zərbə Çaddan gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

RFI radiosu Paris və Njamenadakı mənbələrə istinadən xəbər verir ki, Çad hakimiyyəti Fransadan qoşunlarını 31 yanvar 2025-ci ilə qədər ölkədən çıxarmasını tələb edib.

Hər iki paytaxt danışıqların konstruktiv şəkildə davam etdiyini vurğulayıb. Müvafiq sərəncamın ötən gecə Fransa hökumətinə verildiyi dəqiqləşdirilir. Prosesin əvvəlcə mart ayına qədər başa çatdırılması planlaşdırılırdı, lakin bu müddət çox uzun olduğu üçün rədd edildi. Çaddan olan mənbə qeyd edib ki, ölkə üçün ideal variant fransızların fevralın sonu və Ramazan ayı başlamadan ölkəni tərk etməsidir. “Yeddi həftə yalnız min əsgər və çoxlu texnikanı geri çəkmək mümkün deyil” – Fransadakı hərbi mənbə bildirib.

Noyabrın 29-da Çad Xarici İşlər Nazirliyi Fransa ilə müdafiə sahəsində əməkdaşlıq sa dazişini ləğv etdiyini açıqlayıb.

//Samir Qurbanov, Editor.az