Fransanın antiAzərbaycan siyasəti: “Fransalı sahibkarlar hökumətə lazımi təzyiqləri göstərəcək”backend

Fransanın antiAzərbaycan siyasəti: “Fransalı sahibkarlar hökumətə lazımi təzyiqləri göstərəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Təəssüf ki, bəzən Azərbaycan dövlətinin xoş niyyətinə və qarşılıqlı iqtisadi əlaqələrdə yaratdığı yüksək şanslara baxmayaraq müəyyən ölkələr qarşılıq olaraq eyni münasibəti nümayiş etdirmir. Elə bu ölkələr sırasında ilk yerlərdə dayananlardan biri Fransadır. Fransa ATƏT-in Minsk qrupunun üzvü olduğu zamanlarda da bitərəfliyini qoruya bilməyib”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, Fransa hökuməti və parlamenti 44 günlük Vətən müharibəsi dövründə də  antiAzərbaycan siyasətini davam etdirib:

“Bu siyasət son vaxtlar sistemli və ardıcıl xarakter alıb. Artıq görünən odur ki, Fransa qarşısına “ermənilərdən daha artıq erməni olmağı” məqsəd qoyub. Məhz yanvarın 17-də qəbul olunan qətnamədə anti-Azərbaycan siyasətinin ən pik həddidir.  Bunun qarşılığında təbii olaraq Azərbaycan Parlamenti də Fransız şirkətlərinin Azərbaycan bazarından çıxmasına çağırış etdi. Mən deyərdim  ki, Fransa hökuməti öz iqtisadi əlaqələrini təhlükəyə atırsa, burada ermənipərəstlikdən əvvəl regionda olan kommunikasiya əlaqələrinə görədir. Fransa da, digər dövlətlər də bilir ki, Azərbaycan hər zaman qarşılıqlı iqtisadi əlaqələri milli maraqlara əsaslanaraq qurur. Ümid edirəm ki, fransalı sahibkarlar onlar üçün zəruri olan Azərbaycandakı bazarlarını itirməmək üçün hökumətə lazımi təzyiqləri göstərəcəkdir”.

//Gülnarə Abasova, Editor.az