“Fransanın sistematik şəkildə Azərbaycan əleyhinə apardığı birtərəfli siyasət artıq ənənəvi hal alıb. Bu gün kütləvi şəkildə Afrikadan qovulan, dünyada öz coğrafi sərhədlərinə daxil olmayan ərazilərdə 21-ci əsrə uyğun olmayan müstəmləkəçilik siyasəti həyata keçirən bir ölkədən bundan artıq nəsə gözləmək doğru deyil. İstər Emmanuel Makronun Fransanın BMT TŞ da daxil olmaqla, bir çox beynəlxalq təşkilatlarda guya Azərbaycana qarşı təzyiqi Ermənistana səfəri çərçivəsində hansısa yüklər göndərməklə bağlı təkid edəcəklərini vurğulaması rəsmi Parisin real məqsədlərini ortaya qoyur”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Tural İsmayılov Fransanın Ermənistana daha bir neçə yük maşını ilə humanitar yardım göndərməsi məsələsinə münasibət bildirərkən deyib.

Politoloq bildirib ki, bu gün Fransa bütün dünyada öz nüfuzunu itirmiş ölkədir:
“Demək olar ki, Parisin həm Avropa İttifaqı daxilində, həm də təmsil olunduğu beynəlxalq təşkilatlarda qonşularına qarşı münasibəti də heç zaman adekvat olmayıb. Təbii ki, belə bir ölkənin Azərbaycan əleyhinə Ermənistandan növbəti dəfə “şou” yaratmaq məqsədilə istifadə etməsi normal haldır. Fransanın bu cür təhlükəli addımlarına qarşı əks-hücum kampaniyaları aparırıq. Hesab edirəm ki, Parisin Bakıya qarşı atdığı addımlardan ən çox zərər görən məhz elə Ermənistan olur.
//Gülnarə Abasova, Editor.az

