Fransanın Bakı isterikası nə ilə nəticələnəcək?backend

Fransanın Bakı isterikası nə ilə nəticələnəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sanksiyaya cavab olaraq, Milli Məclisin aidiyyatı komitəsi sakit dayanmacağını və qarşılıq olaraq, Fransaya qarşı sanksiyaların tətbiqi ilə bağlı qərarverici addımlar atacağını bildirib. Azərbaycanda olan fransız şirkətlərinin ölkədən çıxarılması istiqamətində vacib addımlar atılacağı və gələcək layihələrdə bu şirkətlərin istirakının əngəllənməsi prioritet məsələlərdən biri olmuşdur”.

Azərbayan-Ukrayna Alyansının sədri Elmar Məmmədov Rednews.az-a özəl açıqlamasında bildirdi ki, belə gedərsə, hökumət Fransa ilə bütün iqtisadi münasibətlərə son qoyacaq.

Alyans sədri onu da qeyd etdi ki, tarixə nəzər salsaq, görərik ki, Azərbaycanın qələbəsindən dərhal sonra, yəni 2020-ci il İkinci Qarabağ müharibəsindən sonra Fransa höküməti Ermənistana dəstək məqsədilə Azərbaycana sanksiya tətbiq etmək istədi, lakin 4 il keçməsinə baxmayaraq, heç bir nəticə əldə edə bilmədi:

“Bu qətnamələr heç bir hüquqi qüvvəsi olmayan, kağız parçasından başqa bir şey deyildir. Erməni lobbisinin Fransaya bu cür təsiri, bu ölkənin gündən-günə nüfuzdan düşməsinə birbaşa təsir edir. Bu gün Fransanı Ermənistan höküməti bu qədər maraqlandırırsa, Dağlıq Qarabağda yaşayan ermənilərin yenidən bu torpaqlarda rahat yaşaması üçün bu addımı atırsa, o zaman, Birinci Qarabağ müharibəsinədək Ermənistanda yaşayan azərbaycanlıların öz doğma torpaqlarına qayıtması üçün niyə Fransa bu günədək heç bir addım atmaq istəmirdi?… Niyə, bir zamanlar Ermənistanda yaşayan azərbaycanlıların yenidən o ərazilərdə məskunlaşması üçün təkliflər, qətnamələr irəli sürmürdü?… 17 yanvarda tərtib olunan qətnamədə, Azərbaycanın etnik təmizləmə edərək, 100000-dən çox erməninın yerindən didərgin salındığını, bu torpaqlarda məskunlaşmağı davam edərsə, mütəşəkkil qırğınlara məruz qalacağını bildirir. Eyni zamanda, qətnamədə bildirilir ki, guya Azərbaycan tərəfi Dağlıq Qarabağda əvvəllər yaşamış vətəndaşların, xüsusilə, erməni qadınlarının bu torpaqlara yenidən köçdükdən sonra təhlükəsizliyinin qorunmasına zəmanət verilmir. Halbuki, Möhtərəm cənab Prezident İlham Əliyevin bu barədə sərəncamı da vardır ki, istənilən erməni vətəndaşı Azərbaycan Respublikasının ayrılmaz parçası sayılan Dağlıq Qarabağda məskunlaşa və yaşaya bilər. Onların təhlükəsiz həyat şəraitindən söhbət gedərsə əgər, bu torpaqlarda məskunlaşan bu vətəndaşlar Azərbaycan Respublikasının vətəndaşı olaraq yaşayacaq və bütün imtiyazlardan yararlana biləcəklər. Amma tarixə nəzər salsaq, 26 fevral 1992-ci ildə mənfur və cinayətkar erməni siyasətinin nəticəsi olaraq, bu torpaqlarda bir Xocalı soyqırımı baş verdi… O zaman Fransa höküməti nədən dinmədi?!”.

Alyans dərinin sözlərinə görə, qətnamədə növbəti bənd Azərbaycan höküməti tərəfindən erməni siyasi məhkumlarının həbs olunmasıdır və bu həmin kağız parçasında pislənilən hal kimi qeyd olunur:

“Bəs, Fransa höküməti bir vaxtlar özünü qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti kimi qələmə verən Arayik Aratunyanın 17 oktyabr 2020-ci ildə Gəncədə baş vermiş terrorda “Gəncə şəhərində mülki əhalinin yaşadığı infrastrukturun vurulması əmrini mən vermişəm” etirafına niyə susur?!
Göründüyü kimi, 17 yanvarda bəyan edilən bu qətnamənin maddələrinə nəzər salsaq, qeyd olunanların heç birinin həqiqətə uyğun olmadığının şahidi olarıq… Bildiyimiz kimi, cari ilin 17 yanvar tarixində Fransa senatı Avropa İttifaqını Azərbaycan hökümətinə qarşı sanksiya tətbiq etməyə çağırıb. Səsvermənin nəticəsi 336 nəfər senatorun lehinə, 1 nəfərin isə əleyhinə səsverməsi ilə tamamlanıb. Sənəddə qeyd olunur ki, qətnamənin məqsədi – Azərbaycanın keçən il Dağlıq Qarabağda baş vermiş hərbi əməliyyatı pislənməli və bundan sonrə Ermənistan sərhədlərinin gələcəkdə baş verə biləcək ərazi bütövlüyünün pozulması istiqamətində cəhdlərinin qarşısı alınmalıdır. Həmçinin, qətnamədə Fransa hökümətinin Azərbaycanla bütün iqtisadi əlaqələrini kəsməsi ilə bağlı çağırış edilmişdir. Sənədə əsasən, Fransada rəhbər vəzifələrdə çalışan azərbaycanlı şəxslərin vəsaitləri müsadirə olunmalı və Azərbaycandan neft və qaz tədarükünə embarqo qoyulmalıdır”.