Fransanın baş naziri Elizabet Born tutduğu vəzifədən istefa verib.
Editor.az bildirir ki, bu barədə Yelisey sarayı X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. Prezident Emmanuel Makron məmurun istefasını qəbul edərək, ona Fransa hökumətinin başçısı kimi fəaliyyətinə görə təşəkkür edib.
Yeni Nazirlər Kabineti təyin olunana qədər xanım Born baş nazirin səlahiyyətlərini icra etməyə davam edəcək. Dövlət başçısı Elizabet Borna “nümunəvi fəaliyyətinə” görə təşəkkür edib, onun “bir sıra mühüm islahatlar və transformasiyaların aparılmasında” böyük töhfəsini qeyd edib.
BFMTV-nin qeyd etdiyi kimi, Nazirlər Kabinetinin yeni tərkibi və yeni baş nazirin adı “yaxın saatlarda” açıqlanacaq. Nəşrin məlumatına görə, baş nazir postuna namizədlər müdafiə naziri Sebastyan Lekornu, maliyyə naziri Bruno Le Maire, ətraf mühit naziri Kristof Beçu, təhsil naziri Qabriel Attal və Fransa Milli Assambleyasının keçmiş sədri Riçard Ferrandır.
Elizabet Borne 2022-ci ilin mayından Fransa hökumətinə rəhbərlik edir. Əvvəllər o, Fransanın Xarici Ərazilər naziri, Əmək və Məşğulluq naziri və Ətraf Mühitin transformasiyası naziri vəzifələrində çalışıb.
//Samir Qurbanov, Editor.az

