Bu gün səhər, dekabrın 5-də Fransanın baş naziri Mişel Barnieri Yelisey sarayında gözləyirlər.
Editor.az bildirir ki, bu barədə “Le Figaro” qəzeti yazıb. Belə ki, Fransa Konstitusiyasının 50-ci maddəsinə əsasən, deputatların etimadsızlıq səsverməsi ilə bağlı qərarından sonra hökumət başçısı prezidentə istefa məktubu təqdim etməlidir. Emmanuel Makronun da axşam saatlarında vətəndaşlara müraciət edəcəyi gözlənilir.
Dekabrın 4-də axşam Milli Assambleya gələn il dövlət büdcəsinin parlamentdən yan keçərək qəbul etdiyi sosial bölmələrə görə Barnier hökumətinə etimadsızlıq haqqında qətnamə qəbul edib. Etimadsızlıq səsverməsini 331 deputat dəstəkləyib. Bundan əvvəl BFMTV kanalı məlumat vermişdi ki, Fransa prezidenti Barnierin hökumətinə etimadsızlıq səsverməsindən sonra 24 saat ərzində yeni baş nazir təyin etmək istəyir.
Qeyd edək ki, sentyabrın 5-də təyin olunmuş 73 yaşlı Mişel Barnierin hökuməti cəmi 90 gün davam edən Beşinci Respublika tarixində ən qısa hökumət olub.
//Samir Qurbanov, Editor.az