Fransanın BMT-dəki daimi nümayəndəsi Nikola de Rivyer hesab edir ki, Rusiyanın Ukraynadakı münaqişədə qalib gəlməsinə imkan vermək olmaz.
Onun fikrincə, “Rusiya təcavüzü” uğursuzluğa düçar olmalıdır. Diplomat əmindir ki, “hamının suverenliyi və təhlükəsizliyinin yalnız qüvvələr balansından asılı olduğu” dünyada yaşamaq mümkün deyil.
Editor.az bildirir ki, səfir bu sözləri Təhlükəsizlik Şurasının iclasında deyib: “Rusiyanı nə gözləyir? Ukraynaya silah tədarükü dayandırılacaqmı? Yəni Rusiya bu müharibədə qalib gəlsin və öz iradəsini tətbiq etsin? … Rusiya bu münaqişədə qalib gələ bilməz və qalib gəlməməlidir. Bu təcavüz iflasa uğramalıdır. Çünki biz qeyri-qanuni güc tətbiqinin normallaşdırılmasını qəbul edə bilmərik”, – deyə o, bildirib.
//Samir Qurbanov,Editor.az